"Paris-2024 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmışıq"

"Paris-2024 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmışıq"

"Paris-2024 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmışıq. Qarşıda bizi Qubada təlim-məşq toplanışı gözləyir. Həmin toplanışdan birbaşa olimpiadanın keçiriləcəyi Parisə yola düşəcəyik. İnanırıq ki, yarış Azərbaycan idmançıları üçün uğurlu olacaq".

Mediasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında olimpiadada iştirak edəcək Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

Dünya və Avropa çempionu iyulun 26-da Fransanın paytaxtı Parisdə start götürəcək Yay Olimpiya Oyunlarının Azərbaycan idmançıları üçün uğurlu keçəcəyinə inandığını bildirib.

Xatırladaq ki, Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı ilə təmsil olunacaq.