Milli komandamız Qoridə “Şxireli Kuboku”nda iştirak edəcək
Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Gürcüstanın Qori şəhərində keçiriləcək “Şxireli Kuboku”nda iştirak edəcək.
Mediasport.az xəbər verir ki, sabah start götürəcək yarışda ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.
Məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanov turnirdə Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadəyə (86 kq) şans verəcəklər.
İki gün davam edəcək ənənəvi turnirdə beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyacaqlar.