Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Kaspiysk şəhərində SSRİ-nin tanınmış idmançısı Surakat Asiyatilovun xatirəsinə həsr edilmiş 20 yaşadək yeniyetmələr arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, yarışda milli komandanın 3 üzvü fəxri kürsüyə qalxıb.

Yığmanın heyətində yalnız finalda məğlub olan Təvəkkül Həziyev (67 kiloqram) gümüş medal qazanıb.

Tural Əhmədov (60 kiloqram) və Cocu Səmədov (87 kiloqram) isə bürünc mükafata yiyələniblər.

Turnirdə 7 ölkədən ümumilikdə 190 güləşçi mübarizə aparıb.