Avropa çempionatı: 2 güləşçimiz 1/4-də, 1-i medal döyüşündə

Avropa çempionatı: 2 güləşçimiz 1/4-də, 1-i medal döyüşündə

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşində daha 5 çəkidə mübarizəyə start verilib.

Azərbaycan 4 çəkidə təmsil olunub.

Yarışa 1/4 finaldan start verən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) növbəti mərhələyə vəsiqə əldə ediblər.

1/8 finaldan mübarizəyə başlayan Nigar Mirzəzadə (65 kq) ilə Mərziyə Sadıqova (72 kq) məğlub olaraq mübarizəni dayandırıb.

Həmçinin, təsəlliverici görüşlərə çıxan güləşçilərimizdən 50 kq-da Şəhanə Nəzərova raundu keçə bilməyib, 59 kq-da Ruzanna Məmmədova isə bürünc medal döyüşünə yüksəlib.

Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycanın yunan-Roma millisi 8 medal qazanmaqla komanda hesabında ilk dəfə Avropa çempionu olub.

Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal əldə edib, Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.