PFL-in jurnalistlərə müraciəti

PFL-in jurnalistlərə müraciəti

Azərbaycan Kubokunun final oyununun mətbuat konfransında və “miks zona”da iştirak etmək istəyən KİV nümayəndələrinin qeydiyyatı başlanıb.

mediasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” görüşündən sonra baş tutacaq mətbuat konfransında, həmçinin “miks zona”da iştirak etmək istəyən jurnalistlər 24 may, saat 17:00 tarixinə qədər khatira.aslanova@pfl.az ünvanına ad, soyad və təmsil etdikləri KİV-in adını göndərməlidirlər.

Qeyd 1: Hər KİV-dən 1 nəfərin (TV - 2 nəfər) iştirak edə biləcəyi mətbuat konfransı üçün yalnız Peşəkar Futbol Liqasında 2022/2023 mövsümündə akkreditasiyadan keçmiş media nümayəndələri müraciət edə bilər.

Qeyd 2: Mətbuat konfransında yalnız PFL, “Neftçi” və “Qəbələ” fotoqrafları iştirak edəcək.