Azərbaycan Kubokunu qazanmış futbolçu Zaqreb klubuna keçib

Azərbaycan Kubokunu qazanmış futbolçu Zaqreb klubuna keçib

2022-2023-cü illərdə "Qəbələ"də forma geyinmiş Andrey Strijakın yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ukraynalı futbolçu karyerasını Xorvatiyanın 3-cü liqa təmsilçisi “HASK Zaqreb”də davam etdirəcək.

Yayda Qəbələ klubu ilə Azərbaycan Kubokunu qazanmış 24 yaşlı futbolçu 6 aydan çoxdur klubsuz idi.

O, daha əvvəl Xorvatiyanın “Medimurye” klubunda oynayıb.

Vətənində “Metallist”, “Olimpik Donetsk”, ”Qornyak-Sport”, “Vorskla”, “Çernomorets” və “Arsenal" (Kiyev) komandalarında çıxış edib.