Almaniya və Şotlandiya klubları "Qarabağ"ın futbolçusunu istəyir

 Almaniya və Şotlandiya klubları "Qarabağ"ın futbolçusunu istəyir

Ötən həftə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində həftənin ən yaxşı oyunçusu seçilmiş "Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycandan ayrıla bilər.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun lideri ilə Avropanın iki aparıcı klubu maraqlanır.

Fransa mətbuatının yazdığına inansaq, 32 yaşlı vingeri Almaniya Bundesliqa təmsilçisi "Auqsburq" və Şotlandiya nəhəngi "Seltik" transfer etmək istəyir.

"Köhlən atlar"a 2018-ci ildə "Lans"dan gəmiş Zubirin vətəndaşı olduğu Fransaya qayıda biləcəyi də istisna edilməyib.

Qeyd edək ki, onun Azərbaycan çempionu ilə müqaviləsi yayda başa çatacaq.

Mərakeş əsilli futbolçu bu mövsüm 39 oyunda 11 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.