ÇL: Avstriya klubu "Neftçi"nin qapısından 5 cavabsız top keçirdi
Qadınlardan ibarət "Neftçi" futbol komandası UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizəyə start verib.
Mediasport.az xəbər verir ki, Avstriyanın "Sankt-Pölten" klubu Azərbaycan çempionunu darmadağın edib.
Qarşılaşma Gürcüstanın Tsxaltubo şəhərində keçirilib.
2-ci qrupda "Vlajniya" (Albaniya) və "Lançxuti" (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi
"Sankt-Pölten" (Avstriya) - "Neftçi" (Azərbaycan) 5:0
Baş hakim: Yelena Kumer (Xorvatiya).
Yan xətt hakimləri: Sanya Rodyak-Karşiç (Xorvatiya), Françeska Di Monte (İtaliya).
Dördüncü hakim: Mariya Marotta (İtaliya).
Tsxaltubo Texniki Mərkəzi, Gürcüstan.