"Sumqayıt" baş məşqçisi Samir Abasovla yollarını ayırdı - RƏSMİ

"Sumqayıt" baş məşqçisi Samir Abasovla yollarını ayırdı - RƏSMİ

"Sumqayıt" baş məşqçi Samir Abasovla vidalaşıb.

Mediasport.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi rəsmi sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

"Kimyaçılar" "Neftçi" ilə əldə olunmuş razılıq və çalışdırıcının şəxsi istəyini nəzərə alaraq, Abasovla əməkdaşlığı sonlandırıb.