Pike futbolla vidalaşdı
"Barselona"nın 34 yaşlı müdafiəçisi Jerar Pike karyerasını başa vurub.
mediasport.az xəbər verir ki, təcrübəli futbolçu La Liqanın 13-cü turunda "Almeriya" ilə görüşdən sonra pərəstişkarları ilə vidalaşıb.
15 ilə yaxın müddətdə Kataloniya klubunun heyətində çıxış edən İspaniya yığmasının sabiq üzvü gedişini 2:0 hesablı qələbə ilə qeyd edib. O, "Barsa"nın formasıyla 396 oyun keçirib, 29 qol vurub.