Milyard avrodan da baha HEYƏT: Dünyanın ən bahalı "11-liy"i

Milyard avrodan da baha HEYƏT: Dünyanın ən bahalı "11-liy"i

Məşhur "Transfermarkt" portalı dünyanın ən bahalı futbolçularından ibarət "11-liy"ini tərtib edib.

Mediasport.az xəbər verir ki, rəmzi komandada "Mançester Siti", "Arsenal və "Real"dan 3, "Bavariya" və PSJ-dən 1 futbolçu yer alıb.

Heyətin ümumi dəyəri 1 milyard 270 milyon avro dəyərləndirilib.


Qapıçı:
Tibo Kurtua ("Real", 45 milyon avro);

Müdafiəçilər: Yoşko Qvardiol ("Mançester Siti", 80 milyon avro), Ruben Dias ("Mançester Siti", 80 milyon avro), Vilyam Saliba ("Arsenal", 70 milyon avro);

Yarımmüdafiəçilər: Vinisius Junior ("Real", 150 milyon avro), Cud Bellingem ("Real", 150 milyon avro), Deklan Rays ("Arsenal", 100 milyon avro), Bukayo Saka ("Arsenal", 120 milyon avro), Camal Musiala ("Bavariya", 110 milyon avro);

Hücumçular: Erlinq Haland ("Mançester Siti", 180 milyon avro), Kilian Mbappe (PSJ, 180 milyon avro).