Ayaqyoluna gedən "Barselona"nın futbolçusu geri qayıtmayıb
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində dünən baş tutmuş “Portu” (Portuqaliya) - “Barselona” (İspaniya) görüşündə maraqlı hadisə yaşanıb.
Mediasport.az xəbər verir ki, İspaniya nəhənginin gənc hücumçusu Lamin Yamal 71-ci dəqiqədə özünü yaxşı hiss etmədiyi üçün oyunu yarımçıq dayandıraraq ayaqyoluna yollanıb.
Lakin 16 yaşlı forvard 5-6 dəqiqə vaxt keçsə də, geri qayıtmayıb. Baş məşqçi Xavi 80-ci dəqiqəyə qədər meydana qayıtmayan Lamalı məcburiyyətdən Markos Alonso ilə əvəz edib.
Məlum olub ki, istedadlı futbolçunun mədəsi ağrıdığı üçün geri dönə bilməyib.