Azərbaycan klubu yeni əməkdaşlıq müqaviləsi imzaladı - FOTO

Azərbaycan klubu yeni əməkdaşlıq müqaviləsi imzaladı - FOTO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsümünə hazırlaşan "Difai" yeni tərəfdaşla yoluna davam edəcək.

Mediasport.az xəbər verir ki, Qarabağ qazilərinin təmsilçisi olan klub "Best Klinik"lə əməkdaşlıq müqaviləsi bağlayıb.

Bakıda fəaliyyət göstərən səhiyyə ocağı qarşıdakı müddətdə "fədailər"in tibb təminatçısı olacaq.

Əməkdaşlıq müqaviləsini "Best Klinik"in baş həkimi Bayram Qorçiyev və klubun prezidenti Asəf Məlikov imzalayıblar.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə yaradılan "Difai" klubu Qarabağ müharibələrində döyüşmüş, yaralanmış şəxslərdən formalaşıb.