"Sabah"ın prezidenti millimizin sabiq futbolçusu ilə görüşdü
"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Serbiyanın paytaxtı Belqradda Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçlə görüşüb.
mediasport.az xəbər verir ki, sabiq hücumçuya komandanın 10 nömrəli forması hədiyyə edilib.
Subaşiç "Partizan"a qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah"a uğurlar arzulayıb.
Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.