Premyer Liqa təmsilçisi "Sabah" futbolçusu ilə vidalaşıb - RƏSMİ

Premyer Liqa təmsilçisi "Sabah" futbolçusu ilə vidalaşıb - RƏSMİ

"Sabah" hücumçu Emmanuel Apehlə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Klub Apehə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Apeh 2022-ci ilin yayından Masazır təmsilçisində çıxış edirdi.