"Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludurlar"

"Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludurlar"

"Qarabağ"ın baş meneceri Asif Əsgərov Leandro Andradenin mümkün transferi ilə bağlı açıqlama verib.

Mediasport.az xəbər verir ki, Rusiyanın "Sport-Ekspress" nəşrinə danışan klub rəsmisi 24 yaşlı oyunçu ilə bağlı heç bir klubdan təklif almadıqlarını söyləyib:

"Heç kim bizə Leandronu almaqla bağlı müraciət etməyib. Başqa klubların hansısa futbolçumuzu izləməsi normaldır. Amma Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludurlar. Çünki onun "Qarabağ"la müqaviləsi var".

Xatırladaq ki, Andrade bu mövsüm bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, 10 qol vurub, 9 məhsuldar ötürmə edib.