"Turan Tovuz"dan yeni göstərici

"Turan Tovuz"dan yeni göstərici

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 3-cü turunda "Kəpəz"lə üz-üzə gəlib (3:0).

Mediasport.az xəbər verir ki, qərb derbisi çərçivəsində baş tutan matçda rəqibini məğlub edən Tovuz təmsilçisinin ölkə çempionatında 75-ci oyunu və 25-ci qələbəsi olub.

Onlar evdə 13, səfərdə isə 12 dəfə qələbəyə seviniblər.

Kurban Berdıyevin komandası cari mövsüm Premyer Liqada oynadığı 3 matçın heç birində qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadır.

Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda "Şamaxı" olub. “Keşlə” adlanan klub üçün 2020/21 mövsümünün startı uğurlu alınıb.