Premyer Liqada 2023-cü ilin tamaşaçı rekordu qeydə alınıb

Premyer Liqada 2023-cü ilin tamaşaçı rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında 2023-cü ilin tamaşaçı rekordu qeydə alınıb.

Mediasport.az xəbər verir ki, rekord 11-ci tura təsadüf edib.

5 oyunu ümumilikdə 13 min 750 azarkeş izləyib.

Orta göstərici 2750-yə bərabər olub. “Turan Tovuz” – “Kəpəz” oyununu (4:0) 5000, “Neftçi” – “Sabah” görüşünü (0:1) 4600, “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib.

Yalnız heç-heçə bitən “Zirə” – “Səbail” (2:2) və “Sumqayıt” – “Qəbələ” (0:0) matçlarında bu göstərici daha aşağı - 800 və 1350 olub.

Buna qədər cari mövsüm ən çox tamaşaçı 6-cı turda qeydə alınmışdı – 10 min 950.

Ötən mövsüm isə yalnız bir dəfə - 14-cü turda daha çox tamaşaçı qeydə alınıb. Həmin vaxt 5 matçda tribunalarda 15 min 500 azarkeş olub.