AFFA İntizam Komitəsi Sumqayıt klubuna texniki məğlubiyyət verib
AFFA İntizam Komitəsi Həvəskar Liqası klubu "Sumqayıt" MU klubuna texniki məğlubiyyət verib.
Mediasport.az xəbər verir ki, qərar liqanın 2-ci turu çərçivəsində mayın 5-də keçirilməli olan “Sumqayıt” MU - “Çinar Zəngilan” oyunu ev sahibinin stadion məsələsini həll edə bilməməsi səbəbindən baş tutmadığına görə çıxarılıb.
Sumqayıt təmsilçisi 0:3 hesablı texniki məğlubiyyət alıb.