"Araz-Naxçıvan" evdə "Qarabağ"a qalib gəlib - APL-də 11-ci tur

 "Araz-Naxçıvan" evdə "Qarabağ"a qalib gəlib - APL-də 11-ci tur

Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

Son çempion nominal səfərdə - Tofiq Bəhramov adına Respublika stadionunda debütant "Araz-Naxçıvan"ın qonağı olub.

Qurban Qurbanovun komandası cari mövsüm ilk dəfə Premyer Liqada vahid lider olmaq şansını qaçırıb. Naxçıvan təmsilçisi isə turnir cədvəlində Ağdam klubunu qabaqlayaraq 2-ci pilləyə yüksəlib.

Turun əvvəlki matçlarında lider "Zirə" "Səbail"lə, "Sumqayıt" "Qəbələ" ilə heç-heç oynayıb - 2:2 və 0:0. "Turan Tovuz" "Kəpəz"ə, "Sabah" isə "Neftçi"yə qalib gəlib - 4:0 və 1:0.


Azərbaycan Premyer Liqası. 11-ci tur


"Araz-Naxçıvan” – “Qarabağ” 2:1

Qol: Orxan Əliyev, 75 (pen.), Elvis Maşike, 90+2 - Olavio Juninyo, 90+6.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

T.Bəhramov adına Respublika Stadionu.

"Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 8. İsmail Azzaui.

Baş məşqçi: Azər Bağırov.

Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 11. Adama Diakabi, 18. Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.