Premyer Liqada yarım mövsümün ən yaxşı futbolçusu müəyyənləşib
"FourFourTwo” nəşri İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümünün geridə qalan hissəsində ən yaxşı futbolçunu müəyyənləşdirib.
Mediasport.az xəbər verir ki, "Liverpul"un forvardı Məhəmməd Salah qalib seçilib.
32 yaşlı hücumçu bu mövsüm liqada 27 oyun keçirib, 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Sıralamada 2-ci yeri 26 matçda 5 qol və 7 assistlə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri tutub.
Salahın komanda yoldaşı Vircil van Dayk 23 görüşdə 1 qol və 2 ötürmə ilə 3-cü olub.