Luis Enrike PSJ-də - RƏSMİ
Kristof Qaltye ilə yolları ayıran PSJ-nin baş məşqçisinin kimliyi dəqiqləşib.
MediaSport.az xəbər verir ki, Paris klubu Luis Enrike ilə müqavilə bağladığını açıqlayıb.
53 yaşlı ispan çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın "Roma", ölkəsinin "Selta" və "Barselona" klublarını da çalışdırıb.