TFF prezidenti Kuntzun istefaya göndərilməsi fikrinə aydınıq gətirdi
Türkiyə Futbol Federasiyası 2021-ci ildən futbol üzrə əsas milli komandaya baş məşqçilik edən Ştefan Kuntz barədə yayılan xəbərlərə aydınlıq gətirib.
mediasport.az xəbər verir ki, 61 yaşlı almaniyalı mütəxəssis postunda qalacaq.
Çalışdırıcının istefaya göndərilməsi xəbərinin yalan olduğunu deyən TFF-in prezidenti Mehmet Büyükekşi açıqlamasında qeyd edib ki, nəzərdə tutulan müqavilə müddətində Kuntsla birgə fəaliyyəti davam etdirəcəklər.
Kuntsla müqavilə 2024-cü ilin yayına qədərdir.