"Qalatasaray" Mançesterdə, "Real" Neapolda əzmkar qələbə qazanıb

"Qalatasaray" Mançesterdə, "Real" Neapolda əzmkar qələbə qazanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 8 matç keçirilib.

Gecənin maraqlı oyunlarından biri "Old Trafford"da baş tutub. Türkiyənin yarışdakı yeganə təmsilçisi "Qalatasaray" Mançester səfərində əzmkarlıq göstərərək hesabda geri düşdüyü dueli xeyrinə çevirməyi bacarıb.

Günün Neapolda keçirilmiş mərkəzi matçında isə "Real" "Napoli"dən üstün olub.


UEFA Çempionlar Liqası. Qrup mərhələsi. 2-ci tur


A qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) 2:3

“Kopenhagen” – “Bavariya” (Almaniya) 1:2

Xal durumu: “Bavariya” - 6, “Qalatasaray” - 4, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0


B qrupu

“Lans” (Fransa) - “Arsenal” (İngiltərə) 2:1

PSV (Niderland) - “Sevilya” (İspaniya) 2:2

Xal durumu: “Lans” – 4, “Arsenal” - 3, “Sevilya” – 2, PSV - 1


C qrupu

“Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) 2:3

“Napoli” (İtaliya) – “Real” (İspaniya) 2:3

Xal durumu: “Real” – 6, “Napoli” - 3, “Braqa” - 3, “Union” - 0


D qrupu

“Zalsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) 0:2

“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) 1:0

Xal durumu: “Real Sosyedad” - 4, “İnter” - 4, “Zalsburq” - 3, “Benfika” - 0