"Qalatasaray" Avroliqada, "Mançester Yunayted" avrokuboklarla vidalaşıb

"Qalatasaray" Avroliqada, "Mançester Yunayted" avrokuboklarla vidalaşıb

Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 6-cı turuna start verilib.

Mediasport.az xəbər verir ki, sonuncu turun ilk oyun gününün bütün qarşılaşmaları artıq başa çatıb.

"Lans" evdə "Sevilya"nı məğlub edib. Nəticə, İspaniya klubu qrupu 2 xalla sonuncu pillədə başa vurub və avrokuboklarla vidalaşıb.

Fransa təmsilçisi yoluna Avroliqanın pley-offunda davam edəcək.

"Sülh"lə başa çatan PSV - "Arsenal" matçından sonra isə ingilislər qrup birincisi olublar, Niderland təmsilçisi pley-offa 2-ci yerlə çıxıb.

A qrupunda Türkiyə çempionu "Qalatasaray" səfərdə Danimarka təmsilçisi "Kopenhagen"ə uduzub - 0:1. Nəticədə, İstanbul nəhəngi də yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.

Günün ən maraqla gözlənilən matçlarından biri İngiltərədə baş tutub. "Mançester Yunayted" doğma azarkeşlər önündə "Bayern"lə minimal hesabla məğlub olub (0:1). Beləliklə, "qırmızı şeytanlar" avrokuboklarla vidalaşıb.

UEFA Çempionlar Liqası. Qrup mərhələsi. 6-cı tur

A qrupu

"Kopenhagen" (Danimarka) - "Qalatasaray" (Türkiyə) 1:0

Qol: L.Leraqer, 58.

"Mançester Yunayted" (İngiltərə) - "Bayern" (Almaniya) 0:1

Qol: K.Koman, 71.

Xal durumu: Bayern – 16. Kopenhagen – 8. Qalatasaray – 5. Mançester Yunayted – 4.

B qrupu

"Lans" (Fransa) - "Sevilya" (İspaniya) 2:1

Qollar: P.Frankovski, 63. A.Fulgini 90+6 - S.Ramos (penalti), 79.

PSV (Niderland) - "Arsenal" (İngiltərə) 1:1

Qollar: Y.Vertessen, 50 - E.Nketia, 42.

Xal durumu: Arsenal – 13. PSV – 9. Lans – 8. Sevilya – 2.

C qrupu 

"Napoli" (İtaliya) - "Braqa" (Portuqaliya) 2:0

Qollar: S.Saatçı (avtoqol), 9. V.Osimhen, 33.

"Union" (Almaniya) - Real (İspaniya) 2:3

Qollar: K.Volland, 45+1. A.Kral, 86 - Xoselu, 61, 72. D.Sebalyos, 89

Xal durumu: Real – 18. Napoli – 10. Braqa – 4. Union Berlin – 2.

D qrupu

"İnter" - "Real Sosyedad" (İspaniya) 0:0

"Zalsburq" (Avstriya) - "Benfika" (Portuqaliya) 1:2

Qollar: L.Suçiç, 57 - A.Di Maria, 32. R.Silva, 45+1

Xal durumu: Real Sosyedad – 12. İnter – 12. Benfika – 4. Zalsburq – 4.