Madrid "Real"ından yeni rekord

Madrid "Real"ından yeni rekord

UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan İspaniyanın "Real" klubu yeni rekorda imza atıb.

Mediasport.az xəbər verir ki, "kral klubu" tarixdə 1/4 finala ən çox adlayan ikinci komanda olub.

Karlo Ançelottinin rəhbərlik etdiyi "qalaktikos"un aktivində 20 belə nailiyyət var.

1/8-də iki oyunun (1:1, 1:0) nəticəsinə görə Almaniyanın "Leypsiq" klubunu mübarizədən kənarlaşdıran Madrid təmsilçisi bu göstəricidə yalnız "Bavariya"dan geri qalır.

Münhen klubu 22 dəfə 1/4 finala yüksəlib.

18 dəfə belə uğur qazanan üçüncü kollektiv "Barselona"dır.