7 klub bu gün 3-cü raunda vəsiqə qazanacaq - Çempionlar Liqası

7 klub bu gün 3-cü raunda vəsiqə qazanacaq - Çempionlar Liqası

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə vəsiqəni rəsmiləşdirən ilk 7 klub müəyyənləşəcək.

Mediasport.az xəbər verir ki, 2-ci raundun cavab qarşılaşmaları çərçivəsində Azərbaycan çempionu "Qarabağ" da meydana çıxacaq.

Türkiyə təmsilçisi “Fənərbağça” da doğma İstanbulda oynayacaq.

Mərhələnin digər 7 cavab görüşü sabah baş tutacaq.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları


20:00. "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) İlk oyun – 2:0

21:00. "Petrokub" (Moldova) – APOEL (Kipr) İlk oyun – 0:1

21:00. "Fənərbağça" (Türkiyə) - "Luqano" (İsveçrə) İlk oyun - 4:3

21:00. "Sparta" (Praqa, Çexiya) - "Şamrok" (İrlandiya) İlk oyun – 2:0

22:00. TNS (Uels) - "Ferensvaroş" (Macarıstan) İlk oyun – 0:5

22:30. “Slovan” (Bratislava, Slovakiya) - “Çelye” (Sloveniya) İlk oyun – 1:1

22:45. "Klaksvik" (Farer adaları) - "Malmö" (İsveç) İlk oyun – 1:4