VİDEO: "Qarabağ"ın rəqiblərindən biri evdə "Portu"nu üstələdi, digəri "Alkmaar"a uduzdu - Avropa Liqası

VİDEO: "Qarabağ"ın rəqiblərindən biri evdə "Portu"nu üstələdi, digəri "Alkmaar"a uduzdu - Avropa Liqası

UEFA Avropa Liqasında 2024/2025 mövsümünün əsas mərhələsinə start verilib.

Mediasport.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Son Türkiyə çempionu "Qalatasaray" evdə PAOK-dan üstün olub.

İngiltərə nəhəngi "Mançester Yunayted" "Tvente" ilə heç-heçə edib.

Təmsilçimiz "Qarabağ"ın rəqiblərindən "Bude-Qlimt" hesabda geri düşsə və azlıqda qalsa da, güclü "Portu"nu məğlub edib, "Elfsborq" isə səfərdə "Alkmaar"a uduzub.

"Köhlən atlar" bu gün London səfərində "Tottenhem"in qonağı olacaq.

UEFA Avropa Liqası. Əsas mərhələ. 1-ci tur

25 sentyabr

"Alkmaar" (Niderland) - "Elfsborq" (İsveç) 3:2

"Bude-Qlimt" (Norveç) - "Portu" (Portuqaliya) 3:2

"Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya) 0:3

"Midtyulland" (Danimarka) - "Hoffenhaym" (Almaniya) 1:1

"Qalatasaray" (Türkiyə) - PAOK (Yunanıstan) 3:1

"Ludoqorets" (Bolqarıstan) - "Slaviya" (Praqa, Çexiya) 0:2

"Mançester Yunayted" (İngiltərə) - "Tvente" (Niderland) 1:1

"Nitsa" (Fransa) - "Real Sosyedad" (İspaniya) 1:1

"Anderlext" (Belçika) - "Ferensvaroş" (Macarıstan) 2:1