Avropa çempionu "Beşiktaş"da - Bu mövsüm 4-cü baş məşqçidir
Türkiyənin "Beşiktaş" futbol klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Mediasport.az xəbər verir ki, İstanbul nəhəngini Fernandu Santuş çalışdıracaq.
Joau Karlos Koşta, Paulu Mendeş, Justino Fernandu, Rikardu Migel Santuş və Jorje Rosario onun köməkçiləri təyin edilib.
Son iş yeri Polşa yığması olan 69 yaşlı mütəxəssis "Portu", PAOK, AEK, "Panatinaikos", "Sportinq", Benfika" klubları, eyni zamanda, Yunanıstan və Portuqaliya milli komandalarına rəhbərlik edib.
O, portuqallarla 2016-ci ildə Avropa çempionu olub.
Cari mövsüm qeyri-sabit çıxış edən "qara qartallar"ın baş məşqçi postundan əvvəlcə Şenol Günəş, sonra Burak Yılmaz (baş məşqçi əvəzi) və nəhayət, Rza Çalımbay istefaya göndərilib.