"Qalatasaray" və "Beşiktaş" üçün səfər sınağı - UEFA Avropa Liqası
Bu axşam UEFA Avropa Liqasının əsas mərhələsində 6-cı tura yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 17 görüş keçiriləcək.
Azərbaycan çempionu "Qarabağ", Türkiyə təmsilçiləri "Qalatasaray" və "Beşiktaş" səfərdə oynayacaq.
Ağdam klubunun son iki tur rəqiblərindən "Olimpiakos" evdə, FKSB isə Almaniyada meydana çıxacaq.
Tura dünən "Fənərbağça" - "Atletik" matçı (0:2) ilə start verilib.
UEFA Avropa Liqası. Əsas mərhələ. 6-cı tur
21:45. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya)
21:45. “Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland)
21:45. PAOK (Yunanıstan) - “Ferensvaroş” (Macarıstan)
21:45. “Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə)
21:45. “Yunion Sent Jiluaz” (Belçika) - “Nitsa” (Fransa)
21:45. “Ludoqores” (Bolqarıstan) - AZ (Niderland)
21:45. “Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə)
21:45. “Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya)
00:00. “Portu” (Portuqaliya) - "Midtyulland" (Danimarka)
00:00. “Ayaks” (Niderland) - “Latsio” (İtaliya)
00:00. “Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə)
00:00. “Slaviya” (Çexiya) - “Anderlext” (Belçika)
00:00. “Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna)
00:00. “Lion” (Fransa) - “Ayntraxt” (Almaniya)
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya)
00:00. “Budö Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə)
00:00. “Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan)