"Ümid edirik ki, "Qarabağ"la görüş bizim üçün uğurlu olacaq"

"Ümid edirik ki, "Qarabağ"la görüş bizim üçün uğurlu olacaq"

"Rəqibin heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Düşünürəm ki. onlar yaxşı oyunçulardan təşkil olunmuş komandadır".

Mediasport.az xəbər verir ki, bu sözləri "Elfsborq"un baş məşqçisi Oskar Hilyemark deyib.

Mütəxəssis UEFA Avropa Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində sabah qəbul edəcəkləri "Qarabağ"la matç haqqında danışıb:

"Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var. Şanslarımızı yüksək qiymətləndirirəm. Sabahkı oyunu səbirsizliklə gözləyirik. 2024-cü ildə son görüşümüzə çıxacağıq. Ümid edirik ki, qarşılaşma bizim üçün uğurlu olacaq".

Xatırladaq ki, qarşılaşma sabah Bakı avxtilə saat 00:00-da başlanacaq.