"Mançester Siti" "Yuventus"a, "Borussiya" "Barselona"ya uduzdu, 3 komanda pley-off şansını itirdi

 "Mançester Siti" "Yuventus"a, "Borussiya" "Barselona"ya uduzdu, 3 komanda pley-off şansını itirdi

UEFA Çempionlar Liqasının əsas mərhələsində 6-cı tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə qalan 9 matç keçirilib.

Günün mərkəzi görüşlərindən biri Turində, digəri Dortmundda baş tutub.

Qeyd edək ki, 6 turdan sonra maksimum nəticə göstərən tək komanda "Liverpul" "36-lıq"da 18 xalla liderdir.

"Leypsiq", "Slovan" və "Yanq Boyz" isə 0 xalla sonuncu yerləri bölüşürlər və əsas raundun yekunlaşmasına 2 tur qalsa da, pley-off şanslarını vaxtından əvvəl itirmiş oldular.


UEFA Çempionlar Liqası. Əsas mərhələ. 6-cı tur


"Atletiko" (İspaniya) – "Slovan" (Slovakiya) 3:1

"Lill" (Fransa) – "Şturm" (Avstriya) 3:2

"Milan" (İtaliya) – "Srvena Zvezda" (Serbiya) 2:1

"Arsenal" (İngiltərə) – "Monako" (Fransa) 3:0

"Benfika" (Portuqaliya) – "Bolonya" (İtaliya) 0:0

Borussiya" (Dortmund, Almaniya) – "Barselona" (İspaniya) 2:3

"Feyenoord" (Niderland) – "Sparta" (Praqa, Çexiya) 4:2

"Yuventus" (İtaliya) – "Mançester Siti" (İngiltərə) 2:0

"Ştuttqart" (Almaniya) – "Yanq Boyz" (İsveçrə) 5:1