Avroliqanın 1/8 finalında çox sayda sürpriz qeydə alındı - NƏTİCƏLƏR

Avroliqanın 1/8 finalında çox sayda sürpriz qeydə alındı - NƏTİCƏLƏR

Futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

mediasport.az xəbər verir ki, azarkeşlər bəzi sürpriz nəticələrin şahidi olublar.

Türkiyənin yarışda yeganə təmsilçisi "Fənərbağça" evdə "Sevilya"ya qalib gəlsə də, 1/4 finala çıxa bilməyib. "Feyenoord"un doğma meydanda gözlənilmədən Ukrayna "Şaxtyor"unun qapısından 7 top keçirməsi, "Arsenal" və "Vilyarreal"ın mübarizəni dayandırması günün ən gözlənilməz sonluqlarından sayıla bilər.


UEFA Avropa Liqası. 1/8 final mərhələsi. Cavab oyunları


“Arsenal” (İngiltərə) - “Sportinq” (Portuqaliya) 1:1 (penaltilər: 3:5)

Qollar: Qranit Caka, 19 - Pedru Qonsalveş, 62.

Qırmızı vərəqə: Manuel Uqarte, 118 ("Sportinq").

İlk oyun - 2:2


“Ferensvaroş” (Macarıstan) - “Bayer” (Leverkuzen, Almaniya) 0:2

Qollar: Mussa Diabi, 3. Amin Adli, 81.

İlk oyun - 0:2


“Real Sosyedad” (İspaniya) - “Roma” (İtaliya) 0:0

Qırmızı vərəqə: Karlos Fernandes, 90+9 ("Real Sosyedad")

İlk oyun - 0:2


“Yunion Sent-Jilloaz” (Belçika) - “Yunion” (Berlin, Almaniya) 3:0

Qollar: Teddi Teuma, 18. Tyerri Amani, 63. Loik Lapussen, 90+4.

İlk oyun - 3:3


“Betis” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) 0:1

Qol: Markus Reşford, 56.

İlk oyun - 1:4


“Fənərbağça” (Türkiyə) - “Sevilya” (İspaniya) 1:0

Qol: Enner Valensiya, 41 (penalti).

İlk oyun - 0:2


“Feyenoord” (Niderland) - “Şaxtyor” Donetsk (Ukrayna) 7:1

Qollar: Santyaqo Ximenes, 9. Orkun Kökçü, 24; 38 (penalti). Ussama İdrissi, 49; 60. Alireza Cahanbaxş, 64. Danilu Pereyra, 67 - Kevin Kelsi.

İlk oyun - 1:1


“Frayburq” (Almaniya) - “Yuventus” (İtaliya) 0:2

Qollar: Duşan Vlahoviç, 45 (penalti). Federiko Kyeza, 90+5.

Qırmızı vərəqə: Manuel Qulde, 44 ("Frayburq")

İlk oyun - 0:1