Azərbaycan klubu insult keçirən Vadim Vasilyevi işlə təmin etdi
Bu ilin fevralında insult keçirən Vadim Vasilyevin işsiz günləri başa çatıb.
Mediasport.az "sportinfo"ya istinadən xəbər verir ki, veteran futbolçu "Şəfa"dan gələn təklifi qəbul edib.
Millinin sabiq hücumçusu II Liqa klubu ilə rəsmi müqavilə imzalayıb.
Nadir Əliyevin başçılıq etdiyi məşqçilər korpusuna daxil olan 52 yaşlı Vasilyev 1000 manatdan bir qədər aşağı maaş alacaq.
"Şəfa" rəhbərliyi 1999-2003-cü illərdə Azərbaycan yığmasında forma geyinmiş və 33 oyunda 2 qol vuran Vasilyevə əslində jest edib.
Alkoqolizmdən əziyyət çəkən Vadimə maddi dəstək vermək niyyəti ilə kluba dəvət olunub.