"Sumqayıt" AFFA-ya 1200, "Kəpəz" isə 800 manat cərimə ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda Premyer Liqanın 16-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz” - “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibləri 800 manat cərimə edilib.
“Sumqayıt” - “Neftçi” matçında meydan sahibləri 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.
"Gənclik şəhəri" təmsilçisi görüşdə “Sumqayıt”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə də cərimələnib - 500 manat.