"Qarabağ" 1/8-ə çıxdı: "Sabah"a külli miqdarda pul ödəyəcək
"Qarabağ"ın Avropa Liqasında 1/8 final mərhələsinə adlaması "Sabah"a da pul qazandırıb.
Mediasport.az "azerisport"a istinadən xəbər verir ki, Aleksey İsayev ölkə çempionuna keçərkən müqavilədə futbolçunun avrokuboklarda debüt edəcəyi təqdirdə, ağdamlıların Masazır klubuna bonus ödəyəcəyi bəndi yer alıb.
Klublar arasında müqavilədə İsayevin debütü ilə yanaşı, “atlılar”ın Avropa Liqasında növbəti mərhələyə yüksələcəyi halda "Sabah"a 100 min dollar (170 min manat) ödəyəcəyi ilə bağlı razılıq da olub.
Qeyd edək ki, İsayev “Braqa”ya qarşı ilk görüşdə 87-ci dəqiqədə meydana daxil olub.