Slovakiya millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlandı

Slovakiya millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlandı

Slovakiya millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Françesko Kalzona 27 futbolçunu milliyə dəvət edib.

Slovakiya sentyabrın 5-də Estoniya, sentyabrın 8-də Azərbaycanla qarşılaşacaq.

Millimizin oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Slovakiya milli komandasının 27 nəfərlik heyəti:

Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrix Ravas;

Müdafiəçilər: Peter Pekarík, Mixal Tomiç, Norbert Gyömber, Denis Vavro, Lubomír Şatka, Milan Skrinyar, Adam Obert, David Hancko, Samuel Kozlovski;

Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokorni, Juraj Kuçka, Ondrej Duda, Laszlo Benes, Tomaş Rigo, Matuş Bero;

Hücumçular: Lukaş Haraslin, David Duriş, Leo Sauer, Lubomr Tupta, İvan Şranz, Tomáş Suslov, David Strelek, Robert Bozenik.