"Sumqayıt" yenilənmiş stadionda "Neftçi"ni məğlub edib, "Zirə" yenə xal itirib - Premyer Liqada 21-ci tur

"Sumqayıt" yenilənmiş stadionda "Neftçi"ni məğlub edib, "Zirə" yenə xal itirib - Premyer Liqada 21-ci tur

Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Uzun fasilədən sonra Mehdi Hüseynzadə adına yenilənmiş Sumqayıt şəhər stadionunda meydan sahibləri "Neftçi"ni qəbul ediblər.

Günün növbəti dueli Qəbələdə reallaşıb.

Tura sabah keçiriləcək "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.

Daha əvvəl "Qarabağ" "Səbail"i məğlub edib (2:1), "Sabah" - "Turan Tovuz" dueli heç-heçə ilə bitib (1:1).

Azərbaycan Premyer Liqası. 21-ci tur

15:00 "Sumqayıt" - "Neftçi" 2:1

Qollar: Kazimir Ninqa, 8, 38 - Filip Ozobiç, 90+7-pen.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov.

"Neftçi": 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte.

Baş məşqçi: Miodraq Bojoviç.


17:30 "Qəbələ" - "Zirə" 1:1

Qollar: Ülvi İsgəndərov 14- İlkin Muradov 19.

Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Qəbələ şəhər stadionu