"Qarabağ" - "Ludoqores" cütünün məğlubu üçün münasib PÜŞK oldu

"Qarabağ" - "Ludoqores" cütünün məğlubu üçün münasib PÜŞK oldu

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq "Qarabağ" (Bolqarıstan) - “Ludoqores” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.

Məğlub komanda Avroliqanın pley-offunda "Petrokub" (Moldova) - TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

Raundun matçları avqustun 22-də və 29-da keçiriləcək.