"Qarabağ" 7, "Qəbələ" 6 pillə irəlilədi, "Neftçi" 10 pillə gerilədi - REYTİNQ

"Qarabağ" 7, "Qəbələ" 6 pillə irəlilədi, "Neftçi" 10 pillə gerilədi - REYTİNQ

Avropanın top futbol klublarının yeni reytinq cədvəli açıqlanıb.

MediaSport.az xəbər verir ki, siyahıda 415 klub yer alıb.

Reytinq cədvəlində Azərbaycanın 4 klubu qərarlaşıb. Yalnız “Qarabağ” “Top-100”ə düşə bilib. Ağdam təmsilçisi 192 xalla 74-cü pillədədir. Ölkə çempionu ötən ayla müqayisədə 7 pillə irəliləyib.

Hesabında 37 xal olan “Neftçi” 10 pillə geriləyib. "Ağ-qaralar" hazırda 228-cidirlər. Avrokuboklarda debüt edəcək “Sabah” 20 xalla 255-ci, “Qəbələ” isə 5 xalla 357-cidir. Azərbaycan Kubokunun son qalibi 6 pillə yüksəlib.

Siyahıya 2147 xalla “Real” (Madir) başçılıq edir.