"Qarabağ" reytinqdə 1 pillə gerilədi
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.
Mediasport.az xəbər verir ki, son Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Ayaks"a uduzduqdan sonra (0:3) bir pillə geriləyib.
Hesabında 32.000 xalı olan "köhlən atlar" "Ferentsvaroş"la birlikdə 58-cı sırada qərarlaşıb. Ağdam təmsilçisinin avroliqadakı rəqibi "Bude-Qlimt" (33.000 xal) Qurban Qurbanovun komandasını qabaqlayıb.
Xatırladaq ki, "Qarabağ"ın turnirin əsas mərhələsindəki növbəti rəqibi məhz Norveç klubu olacaq.