Azərbaycanda 1-ci və 2-ci Liqaların başlanma tarixi müəyyənləşib

Azərbaycanda 1-ci və 2-ci Liqaların başlanma tarixi müəyyənləşib

Futbol üzrə Azərbaycan I və II Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, tədbir avqustun 13-də AFFA-nın inzibati binasında keçiriləcək və saat 15:00-da start götürəcək.

Xatırladaq ki, II Liqa sentyabrın 1-də, I Liqa isə bundan 10 gün sonra – sentyabrın 11-də başlanacaq.