"Qarabağ" Avropa Liqasında III mərhələnin ən intizamlı komandasıdır
"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra ən intizamlı komandadır.
mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Finlandiyanın "Helsinki" klubunu 2:1 hesabı ilə məğlub etdiyi görüşdə cəmi 4 dəfə qayda pozuntusuna yol verib.
Qurban Qurbanovun komandasından heç bir futbolçu bu epizodlarda sarı və ya qırmızı vərəqə almayıb.
İlk matçlardan sonra ən intizamsız kollektiv isə Yunanıstanın "Olimpiakos" klubudur. Pirey təmsilçisi evdə Belçikanın "Genk" komandası ilə dueldə 14 dəfə qayda pozub, 3 sarı vərəqə ilə cəzalanıb.
Azərbaycan çempionu həm də ən çox künc zərbəsi (9) qazanan komanda, Marko Yankoviç isə bu standart vəziyyətləri ən çox yerinə yetirən (7) oyunçu olub.