AFFA bu məşqçi ilə müqaviləni uzatmadı, yeri boş qaldı

AFFA bu məşqçi ilə müqaviləni uzatmadı, yeri boş qaldı

U-19 milli komandamızın baş məşqçisi Miloş Velebitlə yollar ayrılıb.

MediaSport.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Yeni baş məşqçinin kim olacağı açıqlanmayıb. Yığmamız Miloş Velebitin rəhbərliyi ilə bir neçə gün əvvəl Avropa çempionatının seçmə mərhələ oyunları çərçivəsində Bolqarıstan, Türkiyə və Lüksemburqa məğlub olaraq qrupda qalıb.