"Qarabağ" yenidən "Qalatasaray"la qarşılaşa bilər - Bu dəfə Avroliqada
"Qalatasaray" UEFA Çempionlar Liqasının qrup mərhələsində son oyununu keçirib.
Mediaspor.az xəbər verir ki, pley-offa vəsiqə qazana bilməyən Okan Burukun komandası yoluna UEFA Avropa Liqasının 1/16 finalında davam edəcək.
"Cim-Bom" burada "Qarabağ"la qarşılaşa bilər - Azərbaycan çempionu Avroliqanın pley-offuna çıxsa, potensial rəqiblərdən biri məhz İstanbul nəhəngi olacaq.
Qurban Qurbanovun komandası bunun üçün sabah Bakıda "Hekken"i məğlub etməli və ya "Molde"nin Almaniya səfərində "Bayer"ə uduzmasını gözləməlidir.
"Köhlən atlar", həmçinin, ÇL-dən Avroliqaya gələn "Feyenoord" (Niderland), "Yanq Boyz" (İsveçrə), “Lans” (Fransa), “Benfika” və “Braqa” (hər ikisi Portuqaliya) kimi klublarla da görüşə bilər.
Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
Qeyd edək ki, bu ilin martında Bakıda "Qarabağ" və "Qalatasaray" arasında Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə dostluq matçı baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.