"İki oyunun nəticəsinə əsasən mərhələ keçə bilərik" - Renduliç
"Nəhayət, yenidən oyunlara başlayacağımız üçün xoşbəxtik. Oyunlara başlamağın verdiyi xoşbəxtlikdən əlavə, avrokuboklarda çıxış edəcəyimizə görə də sevincliyəm".
Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.
Xorvatiyalı mütəxəssis Avropa Konfrans Liqası 2-ci təsnifat mərhələsinin "Makkabi" (Hayfa, israil) bu gün səfərdə baş tutacaq ilk görüşü haqqında fikirlərini bölüşüb:
"Düşünürəm ki, son mövsümdə çox yaxşı çıxış etdik və mövsümü yaxşı nəticə ilə başa vurduq. Bizi vacib oyun gözləyir. Biz tarixi titullarla zəngin olan kluba qarşı oynayacağıq. Son mövsümdə onlar avrokuboklarda yaxşı çıxış ediblər və bu oyunun favoritidilər. Amma bizim şansımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu iki oyunun nəticəsinə əsasən biz mərhələni keçə bilərik".
Xatırladaq ki, matç Bakı vaxtilə saat 21:15-də başlanacaq.