"Qarabağ" "Kür"ü qəbul edəcək

"Qarabağ" "Kür"ü qəbul edəcək

Sabah həndbol üzrə 30-cu Azərbaycan çempionatında 6-cı tura start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə qadınların mübarizəsində 2, kişilərin mübarizəsində isə 1 oyun keçiriləcək.

Qarşılaşmaların hamısı "AHF Arena" İdman Kompleksində baş tutacaq və tura dekabrın 24-də yekun vurulacaq.

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı. 6-cı tur. Qadınların mübarizəsi

12:00 "İdman Akademiyası" - "Bakı"

14:00 "Qarabağ" - "Kür"

Kişilərin mübarizəsi

16:00 "İdman Akademiyası" - "Bakı"