"Qarabağ"ın rəqibi müəyyənləşdi

  "Qarabağ"ın rəqibi müəyyənləşdi

Avropa Kubokunda yarışan Qadın həndbolçulardan ibarət "Qarabağ" klubunun növbəti rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz 3-cü mərhələdə "Qaliçanka" ilə qarşılaşacaq.

Ukrayna klubu ardıcıl 2-ci raundda Azərbaycan təmsilçisinə rəqib olub.

"Qaliçanka" "Azəryol"u Bakıdakı hər iki matçda üstələyib - 36:22, 32:16.

3-cü mərhələnin görüşləri 9-10 və 16-17 noyabrda keçiriləcək. İlk duel Ukrayna klubunun meydanında baş tutacaq.

"Qarabağ" 2-ci mərhələdə II mərhələdə "Differdanj"ı (Lüksemburq) Bakıdakı hər iki oyunda məğlub edib - 27:24, 26:25.