Yığmamız AÇ-yə Bakıda hazırlaşır
17 yaşadək həndbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir.
mediasport.az xəbər verir ki, baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə "AHF Arena"da keçirilən təlim-məşq toplanışına 18 həndbolçu cəlb edilib.
Toplanışda komandanın fiziki və taktiki-texniki hazırlığına önəm verilir. Hazırlığın növbəti mərhələsi 18-28 mart tarixində Göygöl Olimpiya Kompleksində təşkil olunacaq.
17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.