Bakıda qol vuran futbolçu özünü əfsanəvi Filippo İnzagiyə bənzətdi
Belçika yığmasının futbolçusu Yannik Karrasko AÇ-2024-ün seçmə qrup mərhələsində Bakıda Azərbaycan millisinin qapısına vurduğu qol haqda təəssüratlarını bölüşüb.
Mediasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi özünü əfsanəvi italyan forvard Filippo İnzagi ilə müqayisə edib.
"İnzagi belə epizodlarda dəfələrlə qol vurub, bu cür qolları çox sevirdi. Belə qol vurduğum üçün sevinirəm. Mənim də fərqlənməyimə gəlincə, bizim komanda gənclərlə təcrübəlilərin vəhdətindən formalaşıb. Yaxşı kollektivimiz var. Ona görə hesab edirəm ki, Yan Vertongen, Romelu Lukaku və mən şanslıyıq. Gənclər bizə qulaq asırlar, məsləhətlərimizi dinləyirlər. Biz də təcrübəmiz hesabına komandaya kömək olmağa çalışırıq".
Qeyd edək ki, “Dalğa Arena”da keçirilmiş matç belçikalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.